Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi saytı
QAYNAR XƏTT: (+994 12) 404 28 38
Azerice Türkçe русский English
  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Xəbərlər
  • MNX-da növbəti qaraciyər transplantasiyası əməliyyatı uğurla həyata keçiril...
MNX-da növbəti qaraciyər transplantasiyası əməliyyatı uğurla həyata keçirildi

24 dekabr 2013-cü il tarixində Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) uzun müddət qaraciyər sirrozundan əziyyət çəkən 4 yaşlı Əlizadə Həvva Zaur qızına qaraciyər köçürülməsi (transplantasiyası) üzrə əməliyyat keçirildi. Xəstənin yaşını, diaqnozunu nəzərə alsaq, bu tip əməliyyat çətin sayılır, lakin 12 saat davam edən əməliyyat uğurla nəticələndi. Qeyd edək ki, bir çox ölkələrdə pediatrik əməliyyatlar əksər hallarda mürəkkəb olduğundan edilmir, lakin bu əməliyyat MNX-nın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin yüksək ixtisaslı cərrah-mütəxəssisləri tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi, Əhmədov Eldar, İsayev Ceyhun, Səlimov Bəhruz, Gülnar Vəliyeva, Rəna Əliyeva, Qulam Rüstəmzadə, Mayıl Sədiyev, Fərid Həsənov tərəfindən təmənnasız həyata keçirildi.

Salyan rayonu Arbatan kəndinin balaca sakini Həvva uzun müddət qaraciyər sirrozundan əziyyət çəkirdi. Xalası Səmədova Aynur Nəriman qızının sözlərinə görə, qızcığaza bu diaqnoz ona körpə vaxtlarından qoyulub, lakin müalicə olunduğu üçün vəziyyəti stabil olaraq qalırdı. 8-9 ay əvvəl Həvvanın vəziyyəti kəskin pisləşəndə onu İrana müalicəyə apardılar, lakin orda uşağı yenidən müayinə edib, səhv diaqnoz qoyulduqdan sonra, balacanı yenidən Bakıya gətirdilər və MNX-na müraciət etdilər.

MNX-nın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi lazımi müayinələr apardıqdan sonra balaca Həvvanın qaraciyər transplantasiya üzrə əməliyyatın tələb olunduğunu dedi. Lakin ailənin bu əməliyyata imkanları çatmadıqdan əməliyyatın keçirilməsi sual altında oldu. MNX-nın baş direktoru Leyla xanım Seyidbəyli balaca Həvvanın və onun ailəsinin vəziyyətini nəzərə alaraq həmin əməliyyatın maliyyə hissəsinin böyük bir qismini Xəstəxananın personalı ilə birlikdə öz üzərinə götürdü.

Hazırda Həvva reanimasiyadadır, həkimlərin sözlərinə görə vəziyyəti stabildir.


Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev