Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi saytı
QAYNAR XƏTT: (+994 12) 404 28 38
Azerice Türkçe русский English
  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Xəbərlər
  • Orqan və toxumaların transplantasiyası bir çox xroniki orqan xəstəliklərin ...
Orqan və toxumaların transplantasiyası bir çox xroniki orqan xəstəliklərin etibarlı müalicə üsuludur

Bu gün orqan və ya toxumaların transplantasiyası (orqan köçürülməsi) bir çox xroniki orqan xəstəliklərin etibarlı və əvəzsiz bir müalicə üsuludur. Məhz bu məqsədlə 2008-ci ildə Azərbaycanda ilk dəfə olaraq MNX-da professional azərbaycanlı həkimlər tərəfindən Orqan Köçürülməsi mərkəzi yaradıldı. Xaricdə ixtisaslaşmış uzman həkimlər tərəfindən qaraciyər transplantasiyası, böyrək transplantasiyası, qaraciyər (öd yolları, mədə-bağırsaq sistemin bütün cərrahi əməliyyatları, mədəaltı vəzi cərrahiyyəsi) laparoskopik cərrahi əməliyyatlar, kişi və qadın proktoloji əməliyyatları uğurla icra olunur.

Mərkəz fəaliyyətə başladığı ilk gündən etibarən artıq yüzlərlə insana qaraciyər və böyrək köçürülüb. Qaraciyər transplantasiyası üzrə nəticələr Avropa Qaraciyər Transplantasiyası Cəmiyyəti tərəfindən təyin olunmuş auditlərinin rəyinə əsasən Avropa Qaraciyər Transplantasiyası Reyestrinə (ELTR – European Liver Transplant Registry) həqiqi üzv kimi qəbul olunub. (Xəritəyə bax)

MNX-nın başlıca üstünlüyü ondan ibarətdir ki, bizim yüksək ixtisaslı mütəxəssislərimiz böyük təcrübəyə malikdirlər, qonşu ölkələrdən məhz bizim Xəstəxanada təcrübə keçmək üçün müraciətlər bir daha bunu sübut edir.


Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev