Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi saytı
QAYNAR XƏTT: (+994 12) 404 28 38
Azerice Türkçe русский English
  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Xəbərlər
  • Naxçıvanda açıq ürək əməliyyatları və beynəlxalq elmi konfrans keçirilib
Naxçıvanda açıq ürək əməliyyatları və beynəlxalq elmi konfrans keçirilib

07-14 dekabr 2013-cü il tarixlərində Heydər Əliyev Fondunun təşəbbüsü və Naxçıvan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə  Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Ürək və damar xəstəlikləri şöbəsi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən növbəti xeyriyyə aksiyası keçirilir. Naxçıvan Müalicə Diaqnostika Mərkəzində keçirilən aksiya Heydər Əliyevin anım gününə həsr edilib.

Aksiya çərçivəsində artıq 24 xəstə üzərində açıq ürək əməliyyatları, 20 xəstədə koronar-angioqrafiya müayinəsi icra olunub.

Naxçıvan Səhiyyə Nazirliyində  Türkiyə, Özbəkistan və Bakıdan gəlmiş  aparıcı ürək-damar xəstəlikləri mütəxəssislərin, nevropatoloqların və yerli həkimlərin iştirakı ilə “Serebrovaskulyar xəstəliklərin müayinə və müalicəsinə müasir baxış“ adlı  beynəlxalq  elmi-praktiki konfrans keçirilib. Konfrans çərçivəsində serebrovaskulyar xəstəliklərini əhatə edən mövzular, dünya səhiyyə aləmində bu sahədə əldə edilən ən son nailiyyətlər müzakirə olunub. Bununla bərabər, müalicə-diaqnostika mərkəzinin poliklinika şöbəsində “Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının “Azərbaycanda Ürək və Damar Xəstəliklərinin Risk Amillərinin Epidemiolojik Tədqiqatı” proqramı daxilində Naxçıvan Muxtar Respublikasının 300 sakini müayinə edilib. Müayinə olunmuş insanlarda gizli müşahidə edilən ürək xəstəlikləri və onların risk amilləri araşdırılıb. Ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və  müalicələri təşkil olunub.

Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev