Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi saytı
QAYNAR XƏTT: (+994 12) 404 28 38
Azerice Türkçe русский English
  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

CƏRRAHİYYƏ VƏ ORQAN TRANSPLANTASİYASI ŞÖBƏSİ

Müalicə, diaqnostika və ya orqanizmin müxtəlif funksiyalarının bərpası məqsədi ilə xəstənin toxuma və ya orqanlarının tamlığının mexaniki pozulması (əsasən kəsilməsi) və yenidən müxtəlif üsullarla bərpa edilməsi ilə həyata keçirilən hər hansı mexaniki əməl cərrahi əməliyyat adlanır.

Cərrahi yardım və onun təhlükəsiz surətdə həyata keçirilməsi milyonlarla insanın həyatına təsir edir. İndi ölümün əsas səbəbləri, əvvəllər olduğu kimi, epidemiyalar və infeksiyalar deyil, ürəyin işemik xəstəliyi, xərçəng xəstəlikləri və travmalardı, bunların da həll yolu cərrahi müdaxilə tələb edir.

Cərrahi xidmətin daha rahatlıqla əldə edilməsi məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və orqan transplantasiyası şöbəsi yüksək ixtisaslı mütəxəssisləri və müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş əməliyyatxana ilə 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir.

MNX-nın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin başlıca üstünlüyü ondan ibarətdir ki, bizim yüksək ixtisaslı mütəxəssislərimiz böyük təcrübəyə malikdirlər. Şöbənin uzman həkimləri hər bir cərrahi əməliyyatın icrasından öncə kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edib, düzgün diaqnoz qoyular. Daha sonra, aparılacaq cərrahi əməliyyatın sizə məlumat verilərək texniki icrasının dəqiq planı hazırlanır.

Cərrahiyyə şöbəsində professor, tibb üzrə fəlsəfə doktoru, həmçinin daxildə və xaricdə təhsil alıb, dünyanın aparıcı klinikalarında işləmiş və ya təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi tərəfindən ümumi cərrahiyyə, orqan köçürülməsi, uroloji, kardioloji, nefroloji, plastik-estetik-rekonstruktiv, burun-qulaq-boğaz, neyrocərrahı, endokrin cərrahiyyəsi, travmatologiya və ortopediya, mikrocərrahiyyəyə aid əməliyyatlar uğurla həyata keçirilir.

Klinikada  demək olar ki, bütün növ cərrahi əməliyyatlar  həyata  keçirilir. Həkimlərin  yüksək  kvalifikasiyası  və böyük  iş təcrübəsi  ilə yanaşı  dünyanın  aparıcı  firmalarının   istehsal  etdiyi  tibbi  avadanlıqlar  ən  mürəkkəb  və unikal cərrahi əməliyyatları  belə həyata  keçirməyə  imkan verir.

Bu gün orqan və ya toxumaların transplantasiyası (orqan köçürülməsi) bir çox xroniki orqan xəstəliklərin etibarlı və əvəzsiz bir müalicə üsuludur.

Məhz bu məqsədlə 2008-ci ildə Azərbaycanda ilk dəfə olaraq MNX-da professional azərbaycanlı həkimlər tərəfindən Orqan Köçürülməsi mərkəzi yaradıldı. Xaricdə ixtisaslaşmış uzman həkimlər tərəfindən qaraciyər transplantasiyası, böyrək transplantasiyası, qaraciyər (öd yolları, mədə-bağırsaq sistemin bütün cərrahi əməliyyatları, mədəaltı vəzi cərrahiyyəsi) laparoskopik cərrahi əməliyyatlar, kişi və qadın proktoloji əməliyyatları uğurla icra olunur.

Mərkəz fəaliyyətə başladığı ilk gündən etibarən artıq yüzlərlə insana qaraciyər və böyrək köçürülüb. Qaraciyər transplantasiyası üzrə nəticələr Avropa Qaraciyər Transplantasiyası Cəmiyyəti tərəfindən təyin olunmuş auditlərinin rəyinə əsasən Avropa Qaraciyər Transplantasiyası Reyestrinə (ELTR – European Liver Transplant Registry) həqiqi üzv kimi qəbul olunub. (http://www.eltr.org/IMG/pdf_ELTR_Newsletter_2013.pdf)

Müalicə  işləri  ilə yanaşı,  şöbənin  əməkdaşları  həm  də  aktiv  şəkildə  elmi  tədqiqat  işləri  ilə  məşğul  olurlar. İl  ərzində  daimi  olaraq  şöbə  həkimlərinin  iştirakı  ilə  elmi-praktik  seminarlar  keçirilir, həmçinin elmi  tədqiqat  işləri  aparılır.


Bizim məqsədimiz Sizin sağlamlığınızın  qayğısına qalmaqdır!


Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev