Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi saytı
QAYNAR XƏTT: (+994 12) 404 28 38
Azerice Türkçe русский English
  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

FİZİOTERAPİYA VƏ TİBBİ BƏRPA ŞÖBƏSİ
 

Fizioterapiya – təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini araşdıran və onların müalicə-profilaktik məqsədi ilə tətbiqi üsullarını hazırlayan tibbi bölmədir. Fizioterapiya – bir çox xəstəliklərin profilaktikasında çox gözəl vasitəsidir, həmçinin ümumi müalicə kursunda da əlavə üsul kimi istifadə olunur. Nəzərə alsaq ki, fizioterapiya təhlükəsiz müalicə üsullardan biridir və bu tip müalicə və reabilitasiya üsulu xəstə və həkimlər arasında ən sevimli istiqamətlərdən biridir, bu məqsədlə Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Fizioterapiya və tibbi bərpa şöbəsinin yüksək tibbi təhsilə malik olan ixtisaslı mütəxəssisləri, müasir tibbi texnologiyanın tibbi avadanlıqlar ilə təchiz edilmiş bölmələr həftənin 6 günü saat 8:00 – 18:00 -a qədər Sizin xidmətinizdədir.

MNX-nın Fizioterapiya və tibbi bərpa şöbəsinin məqsədi əsasən təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini istifadə edərək, hər hansı bir xəstəliyin müalicəsində ən yaxşı effektə nail olmaqdır. Bizim həkimlər kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edirlər. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edilir. Peşəkar həkimlərin məqsədi xəstələri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır. MNX-nın Fizioterapiya və tibbi bərpa şöbəsinin başlıca üstünlüyü ondan ibarətdir ki, bizim yüksək ixtisaslı mütəxəssislərimiz böyük təcrübəyə malikdirlər. Fizioterapiya və tibbi bərpa şöbəsində aşağıda göstərilən müalicəvi üsullardan geniş istifadə edilir:
 
  • Akapunktur lazer diaqnostikası
  • Ozonoterapiya
  • Balneoterapiya
  • Biopunktura
  • Elektrostimulyasiya
  • Elektroterapiya
  • Galokamera
  • Hidromassaj
  • Hidrotraksiya (sualtı dartılma)
  • Hirudoterapiya (zəli ilə müalicə)
  • İngalasiya
  • Kombinə elektroterapiya
  • Qısa dalğa
  • Lazer
  • Maqnitoterapiya
  • Manual terapiya
  • Mexaniki müalicə
  • Naftalanla müalicə
  • Parafinli müalicə
  • Parafin-naftalanlı applikasiya
  • Reabilitasiya
  • Tibbi masaj
  • Traksiya (mexaniki dartma)
  • Ultrasəs
 
 
Fizioterapiyanın hər hansı bir müalicəvi üsulundan sonra aşağıda qeyd edilən müalicəvi təsirlər müşahidə edilir:
 
  • Limfodrenaj
  • Sedativ(sakitləşdirici)
  • Qan dövranı normallaşır
  • İltihab əleyhinə təsir
  • Sinir-əzələ stimul edici
  • Ağrıkəsici
 
Reabilitasiya orqanizmin itirilmiş funksiyalarının bərpa edilməsi və sosial yaşama geri qaytarılması deməkdir.
 
  • Beyin Cərrahiyyəsi sonrası reabilitasiya
  • İdmançı reabilitasiyası
  • Kardioloji reabilitasiya
  • Nevroloji reabilitasiya
  • Ortopedik reabilitasiya
  • Pediatrik reabilitasiya
  • Pulmonoloji reabilitasiya
 
 Bizim məqsədimiz Sizin sağlamlığınızın  qayğısına qalmaqdır!


Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev