Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi saytı
QAYNAR XƏTT: (+994 12) 404 28 38
Azerice Türkçe русский English
  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Tibbi bölümlər
  • ANESTEZİOLOGİYA-REANİMASİYA VƏ İNTENSİV TERAPİYA ŞÖBƏSİ
ANESTEZİOLOGİYA-REANİMASİYA VƏ İNTENSİV TERAPİYA ŞÖBƏSİ

Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi də digər şöbələrlə bərabər əhalinin sağlamlığı keşiyindədir. Hər zaman yüksək səviyyəli tibbi xidmət göstərməklə fərqlənən bizim ixtisaslı mütəxəssislərimiz böyük təcrübəyə malikdirlər, bu isə bizim Xəstəxanamızın başlıca üstünlüyüdür.

MNX-nın Əməliyyat bloku  dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunaraq, ayrı-ayrı  15 əməliyyat  otağını özündə birləşdirir. Klinikada  demək olar ki, bütün növ cərrahi əməliyyatlar uğurla həyata keçirilir – ümumi cərrahiyyə, orqan köçürülməsi, uroloji, kardioloji, nefroloji, plastik-estetik-rekonstruktiv, burun-qulaq-boğaz, neyrocərrahı, endokrin cərrahiyyəsi, travmatologiya və ortopediya, mikrocərrahiyyəyə aid əməliyyatlar. Xəstəxanada icra olunan bütün əməliyyatlar tibbin son standartlarına cavab verən anestezioloji xidmət ilə təmin olunur.

Cərrahi əməliyyatdan sonrakı xəstələr, eyni zamanda müxtəlif ürək-damar, həzm, tənəffüs, sidik-ifrazat sisteminin ağır xəstəlikləri və digər reanimasiya tələb edən xəstəliklər ilə daxil olan xəstələrə nəzarət və müalicə məhz Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilir.

Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi ən müasir narkoz-tənəffüs aparatları, süni tənəffüs aparatı, defibrillyator, monitor kompleksləri və avadanlıqlarla təchiz olunub. Xəstəxanada aparılan çoxsaylı əməliyyatları nəzərə alaraq, Reanimasiya bölməsində müasir avadanlıqlarla təchiz edilmiş 7 reanimasiya zalı (20 çarpayı), həmçinin 2 izolyasiya otaqları fəaliyyət göstərir. Bütün yataqlar monitor, süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Reanimasiya şöbəsində həmçinin 2 dializ aparatı, ultrasəs müayinə aparatı, hərəkə rentgen aparatı, bronxoskop və digər yardımçı cihaz və alətlər var.

Şöbədə xaricdən dəvət olunmuş yüksək ixtisaslı, təcrübəli həkim-mütəxəssis, həmçinin daxildə və xaricdə təhsil alıb, dünyanın aparıcı klinikalarında işləmiş və ya təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi çalışır.


Bizim məqsədimiz Sizin sağlamlığınızın  qayğısına qalmaqdır!


Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev