Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi saytı
QAYNAR XƏTT: (+994 12) 404 28 38
Azerice Türkçe русский English
  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

ƏMƏLİYYAT BLOKU

Cərrahi xidmətin daha rahatlıqla əldə edilməsi məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Əməliyyat bloku müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş əməliyyatxanaları ilə 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir.

Klinikada  demək olar ki, bütün növ cərrahi əməliyyatlar uğurla həyata keçirilir – ümumi cərrahiyyə, orqan köçürülməsi, uroloji, kardioloji, nefroloji, plastik-estetik-rekonstruktiv, burun-qulaq-boğaz, neyrocərrahı, endokrin cərrahiyyəsi, travmatologiya və ortopediya, mikrocərrahiyyəyə aid əməliyyatlar.

Tibbin çox önəmli sahəsi inkişaf etdikcə, xəstəxananın Əməliyyat bloku da müasir tələblərə cavab verən tibb avadanlığı ilə təmin olunur. Hazırda Əməliyyat bloku  dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunaraq, ayrı-ayrı  15 əməliyyat  otağını özündə birləşdirir. Bu isə öz növbəsində insanlara daha keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan yaradır.

Həkimlərin  yüksək  kvalifikasiyası  və böyük  iş təcrübəsi  ilə yanaşı  dünyanın  aparıcı  firmalarının   istehsal  etdiyi  tibbi  avadanlıqlar  ən  mürəkkəb  və unikal cərrahi əməliyyatları  belə həyata  keçirməyə  imkan verir.

Uğurlu əməliyyatın keçirilməsi üçün hər bir əməliyyatxana anesteziya cihazları, bilavasitə əməliyyat avadanlıqları, elektrocərrahiyyə koaqulyatorlar, cərrahi aspiratorlar, çoxfunksiyalı monitorlar, universal və xüsusi əməliyyat masaları, stasionar kölgəsiz lampalar, tibbi çıraqlar, oksigen generatorları və s. ilə təchiz edilib.

ABŞ-ın Valleylab şirkətin istehsalı olan elektrokoaqulyator ForceTriad bir neçə generatorların üstünlüklərini özündə birləşdirir, “monopolyar I, II”, “bipolyar” və “liqaşur” rejimlərində, həmçinin  Valleylab “bipolyar”, “cut” və “coagulation” rejimlərində, toxumaların kəsilməsində və qanaxmanın tez bir vaxtda dayandırmasında istifadə edilir. Yüksəktezlikli və ultrasəs cərrahiyyə aparatların istehsalında aparıcı firmalarından biri olan Söring GmbH şirkətin koaqulyatoru da öz növbəsində “mono cut; coag.”, “arqon cut; coag.”, “bipolyar cut; coag.” rejimlərində toxumaların kəsilməsində və qanaxmanın tez bir vaxtda dayandırmasında istifadə edilir.

Valleylab Force GSU system plazma-arqon koaqulyatoru və Arqon Gas Delivery Unit II – açıq cərrahiyyədə, laparoskopik və toraskopik əməliyyatlarda qanaxmanın qarşısını almaq və ya dayandırmaq məqsədilə geniş istifadə edilir, hüceyrə və toxumaların tez bir vaxtda bərpasını təmin edir.

Ultracision Harmonic Scalpel – son zamanlar aparıcı klinikalarda istifadə edilən ultrasəsli skalpellər kəsici və eyni zamanda qanaxmanın dayandırma rola malikdir, bununla da əhəmiyyətli dərəcədə aparılan əməliyyatların keyfiyyətini artır.

Integra CUSA Excel – ultrasəsli destruktor-aspirator – qaraciyər və digər parenximatoz orqanların rezeksiyası və transplantasiyasında geniş istifadə edilir.

Siemens ARCADIC Varic geniş spektr dəstəkləyən rentgen aparatıdır. Bu avadanlıq vasitəsilə əməliyyat zamanı xəstəni rentgen edərək, dəqiq təsvir əldə etmək imkanı yaradılır.

Dəqiq və keyfiyyətli görüntü əldə etməyi imkan yaradan çox funksional Zeiss S8 mikroskop, LEICA 525 MS3 – cərrahi mikroskop sistemidir, əməliyyat zamanı əvəz olunmaz bir cihazdır.

Laser system GA-0000180 AcuPulse CO2 40ST otorinolarinqoloji, ginekoloji, neyrocərrahiyyə, ümumi cərrahiyyədə geniş istifadə edilir.

Ən müasir texniki tibbi avadanlıqlarla təchiz olunması, yüksək  standartlara  cavab  verən  əməliyyat  blokunun olması, Avropanın bir sıra aparıcı  klinikalarında təcrübə  keçən  cərrahlar, əməliyyat  zamanı  ultrasəs  və  rentgen   müayinəsinin  ən  müasir cihazlar vasitəsi ilə  aparılması, əməliyyatların  video məlumatların arxivləşdirilməsi bizim üstünlüklərimizdir.


Bizim məqsədimiz Sizin sağlamlığınızın  qayğısına qalmaqdır!


Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev